Dünya

21-ci əsrin Robinzonu: Keçmiş milyonçu 26 ildir adada tək yaşayır - FOTO

2 Yanvar 2020 16:00
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Avstraliyada doğulan Devid sivilizasiyadan uzaq qaçmaqla xoşbəxtliyini tapıb.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, Sidney sakini 26 ildir Robinzon həyatı sürür. Keçmiş milyonçu adada pulsuz və insanlarsız yaşayır.

Devidin həyatı 1987-ci ildə dəyişib. O, birjada hər şeyini itirib. Bundan sonra həyata fərqli baxmağa başlayıb. Zimbabveli qadınla tanışlıq isə yeni ideya ortaya çıxarıb. Məhz afrikalı ona uzaq adaya köçməyi məsləhət görüb.

Devid icarəyə ada götürür. Qadınla birlikdə ora köçürlər. Amma zimbabveli sivilizasiyadan uzaq çox duruş gətirmir. Devid adada tək yaşamağa başlayır.

Devidin saçı-saqqalı ağarıb. İndi ona Kvazi adlı it yoldaşlıq edir. Avstraliyalı balıqlarla, dəniz canlılarıyla qidalanır. Xüsusi içki hazırlamağı sevir. Hərdən insanlar da gözə dəyir. Balıqçılar, səyyahlar ona baş çəkir. Devid qonaqpərvər davranır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.