Dünya

Demokratlar Trampın impiçment prosesinin növbəti addımlarını nəzərdən keçirir

10 Dekabr 2019 21:41
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çərşənbə axşamı demokrat konqresmenlər - Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Ədliyyə Komitəsinin rəhbəri Cerold Nadler, habelə Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff keçirdikləri mətbuat konfransında prezident Trampın impiçment prosesinin növbəti addımlarının müzakirə edildiyini bildirib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, qanunvericilər ABŞ dövlət başçısını vəzifəsindən sui-istifadədə və Konqresin fəaliyyətinə müneə törətməkdə ittiham edib.

Cerold Nadler deyib ki, prezidentin əməlləri milli təhlükəsizliyə hədə yaratmaqla yanaşı, prezident seçkilərinin ədalətli keçirildiyini sual altına alıb.

Nadler əlavə edib ki, Trampdan fərqli olaraq, qanunvericilər ilk növbədə Konstitusiyaya riayət edilməsi məsələsinə diqqət yetirir.

Daha sonra danışan Adam Şiff deyib ki, Konstitusiyanı pozan ictimaiyyətin inamından da məhrum olur.

Onun sözlərinə görə, Trampın prezident kimi vəzifəsindən sui-istifadə etdiyinə dair əsaslı və çox saylı dəlillər əldə edilib. Qanunverici qeyd edib ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə xaricdən hər bir müdaxiləyə mane olunmalıdır.

Daha əvvəl Nensi Pelosi bildirib ki, prezident "növbəti seçkiləri korrupsiyalaşdırmağa, Amerika demokratiyası və milli təhlükəsizliyinə hədə törətməkdə" davam edir.
Pelosi Tvitter hesabında yazıb ki, Nümayəndələr Palatası demokratiyanın "müdafiəsi" yolunda ciddi ölçülər götürür.

Mətbuat konfransında "Trampın impiçmentinə kifayət qədər səs veriləcəmi?" sualının cavabında Pelosu qanunvericilərin vicdanlarını dinləyərək səs verməli olduğunu bildirib.

Тramp isə öz növbəsində bu qədər nailiyyətə malik olan prezidentin impiçmentinə yol açacaq heç bir səhv hərəkətə yol vermədiyini deyir.

Ağ Ev çərşənbə axşamı günü prezident Trampın demokratların "əsassız" ittihamlarına cavab verəcəyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.