Dünya

Tripolidə iğtişaşlarda 40 nəfər yaralanıb

10 Dekabr 2019 08:43
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livan Xilasetmə Xidmətləri ölkənin şimalındakı Tripolidə iğtişaşlardan təsirlənən 40 vətəndaşa kömək edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Livanın "NNA" agentliyi bildirib.

Bildirilib ki, sahə xəstəxanalarında və təcili yardımlar tərəfindən 40 vətəndaşa kömək edilib:

"İki nəfər Tripolidə millət vəkillərindən birinin evinin yaxınlığındakı nümayiş yerindən rayon xəstəxanalarına yerləşdirilib. Fəallar və digər vətəndaşlar arasında baş verən qarşıdurmalar zamanı gözyaşardıcı qazdan istifadə nəticəsində yüngül xəsarətlər, qançırlar və boğulma halları qeydə alınıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.