Dünya

BMT-dən İsraillə bağlı qətnamə: Qolanı tərk edin

4 Dekabr 2019 20:49
3 Şərh     Baxış: 1 171
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

BMT Baş Assambleyası İsrailin işğal edilmiş Qolan yüksəkliklərini tərk etməsi tələbi ilə qətnamə qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənədin lehinə 91, əleyhinə doqquz dövlət səs verib, 65 dövlət bitərəf qalıb.

Sənədlə Təl-Əviv Suriyanın Qolan yüksəkliklərindən 4 iyun 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edilmiş xəttə qədər çəkilməsinə çağırış edilib.

Qətnamə müəllifləri qeyd ediblər ki, Qolanın işğalı davam edir və buranın faktiki ilhaqı bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün əldə olunması yolunda bir maneədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.