Dünya

Avropa Məhkəməsindən Azərbaycana 30 min 725 avroluq cərimə

15 Aprel 2010 18:22
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (Avropa Məhkəməsi) qərarlarının icrasına nəzarətlə bağlı üçüncü illik hesabatında məlumat verilib. Qəbul edilmiş qərarlara əsasən, Azərbaycan hökuməti 30 min 725 avro məbləğində cərimələnib.

Hesabatda qeyd olunur ki, 2009-cu ildə Nazirlər Komitəsi tərəfindən Azərbaycanla bağlı baxılmalı işlərin sayı 13 olub. Bu isə ölkə üzrə işlərin 81%-ni, ümumi işlərin isə 0,2%-ni təşkil edir.

2009-cu ildə Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu aşkar olunan 1515 yeni qərar, onların icrasına nəzarət üçün Nazirlər Komitəsinə verilib. Bununla da icrasına nəzarət olunan işlərin sayı 7881-ə çatıb. 2009-cu ildə çıxarılan qərarlar üzrə qurbanlara ödənilməli kompensasiyanın dəyəri 54 milyon avrodur.

2009-cu ildə Avropa Məhkəməsində Türkiyə ilə bağlı qəbul olunan qərarların sayı 289, Rusiya ilə bağlı qəbul olunan qərarların sayı isə 268-dir. Əvəzin ödənilməsi üçün ən böyük məbləğ Moldova ilə bağlı qərarlar üzrə müəyyən olunan məbləğdir - 28 qərar üzrə 14 218 626 avro.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.