Dünya

Avropa İttifaqı “Google” ilə bağlı araşdırmaya başladı

1 Dekabr 2019 09:59
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının (Aİ) antiinhisar orqanı ABŞ-ın "Google"  şirkəti ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Avropa Komissiyası ilkin araşdırmalar çərçivəsində "Google"nin informasiya toplamaq üsulu və məlumatlardan necə istifadə etdiyini araşdıracaq. Avropa Komissiyası ilk növbədə "Google"nin yerli serverlərdə yerləşən və internetdəki reklamlarla əlaqədar informasiyalardan necə istifadə etdiyinə diqqət yönəldəcək.

"Google" nümayəndəsi isə bəyan edib ki, məlumatlardan yalnız təqdim edilən xidmətin keyfiyyətini artırmaq üçün istifadə edilir, istifadəçi istənilən an özü barədə informasiyanı silə bilər.

Qeyd edək ki, bu, Avropa Komissiyasının "Google" ilə bağlı ilk araşdırması deyil. Bu ilin martında "Google" reklam yerləşdirilməsi sahəsində Avropa inhisar normalarını pozduğu üçün 1,49 milyard dollar cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.