Avropada evsizlər üçün sığınacaqlarda qalan qadınların və uşaqların sayı artmaqdadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada evsizlər üçün nəzərdə tutulan sığınacaqlar hər axşam kömək üçün belə gecələmə yerlərinin müdiriyyətinə müraciət edən yeniyetmə və qadınların sayının artmasını bildirirlər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 5 ildə gecələr evsizlər üçün sığınacaqlarda qalan qadınların sayı ikiqat artıb. Havaların soyuması ilə əlaqədar bu il belə gecələmə yerləri adi illərlə müqayisədə iki həftə tez açılacaq.
Berlində evsizlərin yerləşdirilməsi mərkəzində AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, AFR-də qalmağa yeri olmayan şəxslərin sayı barədə rəsmi məlumat yoxdur, lakin belə insanların təqribən 150 min nəfər olması güman edilir. Buraya küçələrdə rast gələn "bomj"larla yanaşı, belə adlandırılan "gizli evsizlər" də daxildir. Onlar zahirən kifayət qədər səliqəli görünür, lakin mənzilləri olmadığına görə dostlarının və ya tanışlarının yanında, bəzən isə iş yerində gecələyirlər.
Berlin Sosial İş Mərkəzinin əməkdaşı Adam Şmidt AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Əvvəllər bizim yardım mərkəzlərinə müraciət edənlərin təqribən 80 faizi kişilər, 20 faizi qadınlar olurdu. İndi isə bu nisbət dəyişib: kişilər 60 faiz, qadınlar 40 faiz təşkil edir". Şmidtin sözlərində görə, bu mərkəzlərə müraciət edən gənclərin də sayı artır. Təkcə Berlində bu mərkəzlərdəki çarpayıların 20 faizi yaşı 22-yə qədər olan adamlar tərəfindən tutulur.
Həmsöhbətimin sözlərinə görə, bu nisbətin dəyişməsi bir sıra amillərlə bağlıdır. Əsas səbəb - daşınmaz əmlakın icarə bazarında qiymətlərin yüksək olmasıdır. Aşağı əməkhaqqı alanların mənzil kirayə etməsi getdikcə çətinləşir. Qadınlar kişilərlə müqayisədə daha çətin vəziyyətdədir. Lakin həmsöhbətimin fikrincə, gənclər də bu zəif kateqoriyaya aiddir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir





