Dünya

Tramp: "Bağdadi it kimi gəbərdi, ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı"

27 Oktyabr 2019 18:03
4 Şərh     Baxış: 9 386

Prezident Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi "kamikadze jileti" ilə özünü partladıb. ABŞ prezidenti əməliyyat zamanı heç bir ABŞ əsgərinin yaralanmadığını bildirib.

"Əbu Bəkr əl-Bağdadi ilə birlikdə çoxlu sayda tərəfdarı da öldürüldü. Bağdadi vəhşi idi və vəhşi kimi, qaçan qorxaq kimi öldü, ağlayıb sızlayırdı. Bir köpək kimi öldü, artıq heç kimə zərər verə bilməz. Dünya indi daha təhlükəsizdir", - Tramp deyib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ABŞ prezidenti Rusiya, Türkiyə, Suriya və İraqın da əməliyyata dəstək verdiklərini bildirib, həmin ölkələrə təşəkkür edib. "Bu, çox təhlükəli əməliyyat idi", - o vurğulayıb.

Tramp məlumat verib ki, əl-Bağdadi üzərindəki "kamikadze jileti" ilə özü ilə birlikdə  uşağını da öldürüb. O, DNA testi nəticəsində öldürülənin məhz əl-Bağdadi olduğunun tam təsdiqləndiyini deyib. Habelə Tramp bildirib ki, əməliyyat nəticəsində İŞİD-in gələcəkdə həyata keçirməyə hazırlaşdığı terror hücumları ilə bağlı çox çox dəlillər ələ keçirilib.

ABŞ prezidenti əl-Bağdadiyə daha əvvəl də xüsusi əməliyyat həyata keçirmək istədiklərini, amma onun tez-tez yerini dəyişdirdiyini deyib. Tramp xüsusi təyinatlıların dəbilqəsinə bərkililmiş Go-pro kameralarla əməliyyatı canlı izlədiyini açıqlayıb: "Film kimi mükəmməl idi. Orada tətbiq edilən texnologiya da xarüqəydi".

"Xüsusi təyinatlılarımız bir saat 10 dəqiqləlik məsafədən, təhlükəli bölgədən uçdu. Bəzi liderlərin bu əməliyyatın ən təhlükəli nöqtəsini olacağını düşündük, ona görə də çox səssiz qaldıq. Giriş və çıxış uçuşları çox təhlükəli idi, çox güclü atəşə məruz qala bilərdik. Rusiya hava sahəsini açdı. Rusiya əla idi, İraq əla idi. Doğrudan da əla bir işi əməkdaşlıq şəraitində həyata keçirdik", - Tramp deyib.

ABŞ prezidenti jurnalistlərin suallarına cavab olaraq Türkiyənin əməliyyatdakı rolu barədə danışıb, bu ölkəyə tərif yağdırıb.

"Türkiyə bizim oraya keçəcəyimizi bilirdi, çətinlik törətmədi. Bəzi bölgələrdən keçdik, onlar da əla idi, heç problem çıxarmadılar. Onlar bizə atəş aça bilərdi, cavab olaraq biz də onları aradan götürə bilərdik. Amma bu olmadı. Bizə atəş açanlar (İŞİD-çilər) havadan vuruldu", - o əlavə edib.

Tramp əməliyyatın planlaşdırılması və həyata keçirilməsinin 2 həftə vaxt apardığını deyib. Amma bildirib ki, əl-Bağdadi daha əvvəldən izlənilirdi: "Çoxlu pulu vardı deyə tez-tez yerini dəyişdirirdi, planını qəfil dəyişdirirdi. Orada olduğunu bilirdik, amma yüz faiz əmin olmaq mümkün deyildi. Nəhayət təsdiq aldıq və ora gedəndə çox böyük atəş gücü ilə qarşılaşdıq. Amma əsgərlərimiz çox yaxşı idi. Çoxlu sayda terrorçu öldü, bu haqda rəqəmi də açıqlayacağıq".

Tramp əməliyyat zamanı ABŞ xüsusi təyinatlılarının bir itinin tunellərdə yaralandığını bildirib. O, əməliyyat barədə demokratları məlumatlandırmadıqlarını deyib, bildirib ki, bunu "məxfiliyin qorunması üçün" ediblər. "Çox az adamın xəbəri vardı. Biz məlumat sızıntısı bütün komandanı təhlükəyə atardı", - o deyib.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ceyhun · 27 Oktyabr 19:41130

    Amerika öz növbəti köpəyini öldürdü...

    Cavab yaz
  • Anonim
    Hmmm · 28 Oktyabr 11:5220

    Gorbagor

    Cavab yaz
  • Anonim
    Oxucu · 28 Oktyabr 13:1420

    "Dünya indi daha təhlükəsizdir".... Buna əminsiniz cənab Tramp?

    Cavab yaz
  • Anonim
    mamuska · 28 Oktyabr 14:4900

    mene bir sey qaranliq qaldi,DNT testi bir nece saata belli olurmu ki,Tramp deyir, test olenin Bagdadi oldugunu tesdiqledi.ikincisi de,lap gulmelisi,Bagdadinin qisqirib agladigini demesidir.basa dusdum ki,beli,herbcilerin jiletinde video taxilibmis,amma orda emeliyyati,atismani bir de atismadan sonra iceri girib olenleri gorenden sonraki veziyyeti ceke bilerler. bagli qapi dalinda kim agladi,kim qisqirdi,kim qorxdu-bunu gorub,esitmek bir az gulunc geldi mene.denize niye atdi tikeleri onu da basa dusmedim.cunki Bagdadini nece defe oldurubler,amma sonra melum olub ki,sen deme olmeyibmis,dezinformasiya imis.teki Allah elesin olmus olsun.cunki ISID belasi cox ziyan vurub muselman imicine...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.