Dünya

Polşa BMT-nin İnsan Haqları Şurasına üzv seçilib

20 Oktyabr 2019 11:42
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa BMT-nin İnsan Haqları Şurasına (UNHRC) üzv seçilib. Ölkə bu vəzifəni 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə davam etdirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Polşa prezidenti katibliyinin rəhbəri Kşiştof Şçerski Twitter səhifəsində ölkəsinin UNHRC-yə üzv seçilməsini beynəlxalq uğur kimi dəyərləndirib.

BMT-nin İnsan Haqları Şurası 47 dövlətin təmsil olunduğu beynəlxalq qurumdur və dünyada insan hüquqlarının təşviqi və qorunması üçün məsuliyyət daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.