Rus hərbi ekspertdən şok: Trampı kim idarə edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri" ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyevin Axar.az-a müsahibəsini təqdim edir:
- ABŞ Prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını məhv etməklə hədələdi. Daha sonra isə ritorikasını yumşaldaraq Ərdoğanla dost münasibətində olduğunu bildirdi. Ziddiyyətin səbəbi nədir və yaxud ABŞ Prezidentinə düzgün bildiklərini etməyə kim mane olur?
- ABŞ-ın xarici və daxili siyasət sferasında müşahidə edilənlər - xüsusən Türkiyə, kürdlər və ümumilikdə Yaxın Şərqlə bağlı hər şey - ölkənin hakim elitası arasındakı sözügedən istiqamətdə strategiyaların hazırlanması və qərar qəbulu ilə bağlı kəskin mübarizədən xəbər verir. Belə olan halda Trampın davranışları küləyin dəyişən istiqaməti qarşısında flügerin hərəkətinə bənzəyir. Hakim ABŞ elitası daxilində hansı mövqe qalib gəlirsə, Tramp da ictimai şəxs kimi onu dilə gətirir. Kürd qruplaşmalarla Türkiyə arasındakı mübarizə, Vaşinqtonun rəsmi Ankaraya və Suriyadakı kürd rəhbərliyinə münasibətinin dəyişməsi müəyyən mənada son vaxtlar daha da kəskin xarakter daşıyan ABŞ daxilindəki siyasi mübarizənin bir təzahürüdür. Yeri gəlmişkən, həmin mübarizə Trampın Rusiya ilə münasibətdə fəaliyyətində də öz əksini tapır: "Putinlə hər şeyi yoluna qoymaq istəyirəm" deyilir, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilir.
- Trampın dünyadakı müharibələrlə bağlı mövqeyini xatırlayaq: o, Yaxın Şərqdə bir nəfər belə olsun əsgər saxlamaq istəmir. Onun sözlərinə görə, amerikalılar özgə müharibələrdə iştirak etməməlidir. Təbii ki, əgər ABŞ sözügedən regiondan tamamilə çıxsa, onun yerini yeni lider ölkə tutacaq. Görünür, yeni ölkənin ortaya çıxması istənilmir. Suyu kim bulandırır?
- Dünya səhnəsində öz siyasətlərinin icra metodları və formaları ilə bağlı mövqelərində fərqlər olan maliyyə-sənaye qrupları suyu bulandırır. Bu məsələdə həmçinin Əfqanıstan, Suriya və dünyanın digər qaynar nöqtələrində hərbi sahədə hökumət müqavilələrini yerinə yetirmək üçün sifariş portfeli əldə etmək uğrunda Amerikanın özəl hərbi şirkətləri ilə Pentaqon arasında xüsusən Yaxın Şərqdə aparılan mübarizənin də böyük rolu var. Buna görə də ABŞ heç yerdən tamamilə çıxmayacaq. Çünki ordunun yerinə şəxsi hərbi kompaniyalar gələcək. Məsələn, ABŞ hərbçilərinin İraqı tərk etməsindən sonra da belə olmuşdu.
- Türkiyədə çox sayda suriyalı miqrant yaşayır. AB 5 milyard avro civarında dəstək söz versə də, bu məbləğ tam ödənilməyib. halbuki Türkiyənini miqrantlara xərcləri ilə bağlı son açıqlama 35 milyaddan çoxdur. Məhz bu səbəbdən Türkiyə təkidlə təhlükəsiz zona yaratmaq və miqrantları ora yerləşdirmək üçün çalışır. Türkiyə nəyi düzgün etmir? Qərb nə üçün Türkiyəyə bu cür təzyiq göstərir?
- Düşünürəm ki, Türkiyə vahid və suveren Suriyanın yaradılmasına töhfə verməli, onun xalqına öz iqtisadiyyatını və mülki infrastrukturunu bərpa etməyə kömək etməlidir. Bundan sonra bütün Suriya miqrantlarını öz ölkəsinin ərazisində yaşamağa göndərmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





