Dünya

Sorğu: Amerikalıların yarısından çoxu Trampın impiçment prosedurunu təqdir edir

9 Oktyabr 2019 12:39
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalıların yarısından çoxu Konqresdə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçment prosedurunu təqdir edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti və "NBC" telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrində deyilir.

Sorğuda iştirak edənlərin 55 faizi hesab edir ki, demokratlar ABŞ Konqresində imöiçment prosedurunu başladaraq düzgün addım atıblar.

Respondentlərin 39 faizi isə impiçment prosedurunu dəstəkləmir.

ABŞ prezidenti Donald Trampın fəaliyyətini 43 faiz respondent dəstəkləyir.

Qeyd edilir ki, soröu 4-6 oktyabr tarixlərində keçirilib. Sorğuda 800 nəfər iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.