Dünya

Yunanlar 2020-ci ildə iqtisadi artımı hədəfləyir

8 Oktyabr 2019 22:06
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan hökuməti ümid edir ki, yüksək investisiyalar və vergi endirimləri sayəsində ölkə illər boyu düçar olduğu borc böhranından çıxmağa başlayacaq.

Gələnilki artımın 2019-cu ildəki 2% artımla müqayisədə 2.8% olacağı gözlənilir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Yunanıstanın ümummilli borcu və işsizlik səviyyəsi avro zonada ən yüksək səviyyədədir.
Gözləntilər müqhafizəkar hökumətin parlamentə təqdim etdiyi büdcə layihəsinə əsaslanır.

"Yeni büdcə planı iqtisadi siyasətin radikal şəkildə genişlənməsi, iş yerlərinin yaradılması və gəlir artımına istiqamətlənməsinə işarə edir," Yunanıstan maliyyə nazirinin müavini Todoros Skilakakis bildirib.

İşsizliyin 17.4 faizdən 15.6 faizə düşəcəyi təxmin edilir.

Rəsmi Afinanın beynəlxalq borcu 331 milyard avroya düşəcək.

Yunanıstanın ümummilli borcu və işsizlik səviyyəsi avrozonada ən yüksək göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.