Dünya

“Saakaşvili gülünc vəziyyətdədir” – Burcanadze

1 Oktyabr 2019 21:28
0 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze əmindir ki, ölkəsinin keçmiş prezident Mixail Saakaşviliyə ehtiyacı yoxdur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, eks-spiker keçmiş prezidentin Gürcüstana qayıdacağı ilə bağlı tez-tez səsləndirdiyi fikirlərin gülüş doğurduğunu deyib.

"O, artıq gülünc vəziyyətə düşüb. Hər gün bu gün-sabah Gürcüstana qayıdacağı, ədaləti bərpa edəcəyi bəyanatını verir. Buna görə də, bu məsələyə ciddi yanaşmıram. Bunun Gürcüstanda lazım olmadığı mənə tamamilə aydındır. 2012-ci ildə gürcü xalqı açıq şəkildə Saakaşviliyə "yox" dedi", - Burcanadze bildirib.

Bundan əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tezliklə ölkəyə qayıdaraq, demokratik dövləti yenidən bərpa edəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.