Dünya

Deputat piyada keçidində piyadanı vurdu - Rusiyada

23 Sentyabr 2019 16:34
0 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Belqorod vilayət dumasının deputatı Oleq Mixaylov Qubkin şəhərində avtomobillə hərəkət edərkən piyada keçidində 13 yaşlı yeniyetməni vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeniyetmə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildirib ki, deputat yüksək sürətlə hərəkət edirmiş. Araşdırma zamanı onun sərxoş olmadığı müəyyən edilib. Deputat özü xəsarət alan yeniyetməyə kömək göstərməyə hazır olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.