Dünya

Afrikada növbəti bəla: yeni virus aşkarlandı

14 Sentyabr 2019 16:08
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) naməlum xəstəlikdən baş vermiş son ölüm hadisəsini araşdırmaq üçün Tanzaniyaya mütəxəssislərdən ibarədə xüsusi qrup göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha öncə bu ölkədə bir nəfərin naməlum xəstəlikdən qəribə simptomlarla ölməsi barədə xəbər yayılmışdı. Belə ki, ilkin təhlillər zamanı bir qadında həm "Ebola", həm "Denge" və malyariya qızdırmasının simptomları müşahidə edilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.

ÜST hadisə ilə bağlı ətraflı məlumat üçün Tanzaniya Səhiyyə Nazirliyinə müraciət edib. Araşdırmaların nəticəsi barədə qısa zamanda məlumat veriləcəyi qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.