Dünya

12 min manat üçün ANASINI ÖLDÜRDÜ - Cəsədi soyuducuda gizlətdi - FOTO

13 Sentyabr 2019 17:51
0 Şərh     Baxış: 3 218
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbul Sancaktepe rayonunda anası Naciye Torunoğlunun başına küt alətlə vuraraq öldürdüyü iddiasıyla axtarışa verilən oğlu Cihan T. yaxalanıb.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, Cihan T.-nin 57 yaşlı anasının cəsədini soyuducuda saxlamağa çalışdığı ortaya çıxıb.

Şübhəlinin anasını öldürdükdən sonra iki gün onunla birlikdə eyni evdə qaldığı məlum olub.

Polis şübhəlini bir qız tanışını anası imiş kimi banka zəng etdirərək içində 40 min lirə (12 min manat) pul olan hesabın şifrəsini öyrənməyə çalışdığını ortaya çıxarıb.

Cihan T. saxlanılarkən "Mən anamı öldürəcək qədər şərəfsiz deyiləm" deyərək qışqırıb. Cihan T. ilə birgə Ferdi Ş.-da şübhəli qismində saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.