Dünya

Evdən qaçan 1 ilin gəlini GÖRÜN HARADAN TAPILDI - Tanış olduğu kişinin... - FOTO

12 Sentyabr 2019 14:33
13 Şərh     Baxış: 46 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kütahya vilayətində ərdə olan bacılar Ayşen Daşqın ilə Reyhan Keçişin bazar günü həyat yoldaşılarına məktub yazaraq evdən qaçdıqları barədə məlumat vermişdik.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, "itkin" bacılar tapılıblar.

Ər evindən qaçan 4 illik evli Ayşen Daşqın (22) ilə 1 il öncə ailə həyatı quran bacısı R.K. (17) PUBG internet oyununda tanış olduqları H.Y. adlı kişinin Osmaniyədəki evindən tapılıblar.

Gəlinlər heç kimin onları zorla qaçırıb aparmadığını deyiblər. Onlar öz razılıqları ilə Kütahyadan Osmaniyəyə gəldiklərini də sözlərinə əlavə ediblər. Polis tərəfindən ifadələri alınan gəlinlər sərbəst buraxılıblar.

Qeyd edək ki, gəlin bacılar evdən qaçmamışdan öncə ərlərinə "Mənimlə maraqlanmadan çayxanalara getdin. Evlilik buraya qədər" və "Getdiyin işə görə dəyişdin. Səni daha istəmirəm" yazılmış məktublar qoyublar.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.