Dünya

Taliblər 3 istiqamətdən hücuma keçdi: Gərgin döyüşlər

6 Sentyabr 2019 19:34
7 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taliban terrorçuları Əfqanıstanın Fərəh şəhərinə hücuma keçib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Tolo Nyus" telekanalı yerli hüquq-mühafizə orqanı əməkdaşlarına istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, gecə vaxtı 3 istiqamətdən şəhərə hücum olunub. Şəhər polisinin rəsmisi Mohibulla Mohib hökumət qüvvələrinin hücumu dəf etdiyini bildirib.

Mohibin sözlərinə görə, qarşıdurma nəticəsində 30 terrorçu məhv edilib. Hərbi Hava Qüvvələri də əməliyyata cəlb olunub.

Rəsmilər bildirib ki, dəstək gəlməsə, şəhəri şiddətli qarşıdurma gözləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.