Dünya

Avropalı astronavtlar qərar verdi: Bundan sonra kosmosa...

27 Avqust 2019 18:34
0 Şərh     Baxış: 1 217
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ gəmilərində uçacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Kosmik Agentliyi hazırda Beynəlxalq Kosmik Stansiyada olan və iyul ayında kosmosa uçmuş italiyalı astronavt Luka Parmitanonun Rusiyanın "Soyuz" gəmisində orbitə göndərilən sonuncu avropalı olduğunu bəyan edib.

Avrasiya aerokosmik konqresində çıxış edən Avropa Kosmik Agentliyinin Rusiyadakı təmsilçiliyinin rəhbəri Rene Pişel bildirib ki, "təəssüf ki, Parmitano "Soyuz" kosmik gəmisində uçan sonuncu avropalı astronavt olacaq". O əlavə edib ki, avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar.

2011-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyaya pilotlu missiyalar yalnız Rusiyanın "Soyuz" kosmik gəmisi vasitəsilə göndərilir. Onlar ABŞ, Rusiya və digər ölkələrin astronavtlarını orbitə çatdırır. Yaxın vaxtlarda isə "SpaceX" və "Boeing" şirkətlərinin istehsal etdikləri yeni kosmik gəmilər pilotlu missiyanı yerinə yetirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.