Dünya

Barselonada çimərlik təxliyə edildi - Partlayıcı qurğuya görə

26 Avqust 2019 12:44
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona polisi partlayıcı qurğu səbəbi ilə şəhər mərkəzinin yaxınlığındakı San-Sebastianın ən populyar çimərliklərindən birini boşaldıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı şəhər polisi "Twitter"də məlumat yayıb.

Məlumatda deyilir: "Biz San Sebastian çimərliyini təxliyə etdik və Mülki Qvardiya tərəfindən aşkar edilən partlayıcı cihaz səbəbi ilə ərazini nəzarətə götürdük. İşçilərimizin təlimatlarına əməl edin və təsdiqlənməmiş məlumatları yaymayın".

"Mundo" nəşrinin verdiyi məlumata görə, dənizdə tapılan partlayıcı qurğu çox güman ki vətəndaş müharibəsindən qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.