Dünya üçün bəlaya çevrilir - Bu xəstəlikdən ilk ölüm qeydə alındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da elektron siqaretin səbəb olduğu xəstəlik nəticəsində birinci ölüm hadisəsi qeydə alınıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə İllinoys ştatında baş verib.
"İllinoys ştatının ictimai səhiyyə departamentinə yaxın vaxtlarda elektron siqaretdən istifadə edən və ağır respirator xəstəliyi ilə xəstəxanaya yerləşdirilən şəxsin ölümü haqqında məlumat daxil olub", - idarənin saytında deyilir.
Departamentin məlumatına görə, İllinoysda son həftə ərzində elektron siqaret çəkən və tənəffüs problemləri ilə xəstəxanaya yerləşdirilən vətəndaşların sayı ikiqat - 22 nəfərə qədər artıb. Onların 17-38 yaşlarında olduğu bildirilir.
Bazar ertəsi Amerika Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (CDC) bildirib ki, ABŞ-ın səhiyyə sistemi elektron siqaretlərin çəkilməsi ilə yaranan ağciyər xəstəliklərini araşdırır. Bəyanatda deyilirdi ki, xəstəliklər əsasən, cavan insanlarda qeydə alınır.
Qeyd edək ki, elektron siqaret istifadəçiləri bu məhsulun insan orqanizminə heç bir zərəri olmadığını bildirsələr də, amma son illərin ən böyük kəşflərindən sayılan bu siqaretlərin insan orqanizminə zərərli olduğu sübuta yetirilib. Hətta bəzi Avropa ölkələri bu siqaretlərin ölkələrində satışına qadağa qoyublar.
Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd Honkonq şirkəti ixtira edib. İxtira şirkət rəhbərinin atasının siqaret aludəçiliyi nəticəsində ağciyər xərçəngindən ölməsindən sonrakı dövrə təsadüf edib. Şirkət elektron siqareti 2003-cü ildə pantentləşdirib. Bu siqaretlərin satışına isə ilk dəfə Argentinada başlanılıb. Elektron siqaretlər xarici görünüşünə görə, adi siqaretlərdən fərqlənmirlər. Onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam "tüstünü" alanda bu, çəkmə prosesini təqlid etməyə imkan verir. Elektron siqaretlərin qiyməti adi siqaretlərdən çox bahadır.
Avropa ölkələrində və Türkiyədə aparılan tədqiqatların nəticələrinə görə, elektron siqaretin tərkibində "dietilen glikol" adlı bir maddə var ki, insan orqanizmi üçün zəhərlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda





