Dünya

Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən daha bir nəfərin cəsədi tapıldı

21 İyul 2019 16:54
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Düzce şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində Akçakoca rayonunda itkin düşənlərdən daha bir nəfərin cəsədi tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, itkin düşmüş digər beş nəfərin axtarışı davam edir.

Qeyd edək ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində şəhərin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib. İtkin düşənlərdən iki nəfərin cəsədi artıq tapılıb.

Axtarışlar və ərazinin təmizlənməsi işləri davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.