Dünya

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

18 İyul 2019 22:38
0 Şərh     Baxış: 496

"Mazda Motor" şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış "Mazda 6" və CX-5 modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.