Yaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, azı 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.
İlkin məlumata əsasən, polislər hadisə yerində əlində benzin və ya kerosinlə dolu kanistr olan 41 yaşlı kişini saxlayıblar.
Milli.Az