Dünya

İranda silahlı qarşıdurma: Ölənlər var

12 İyul 2019 20:09
0 Şərh     Baxış: 3 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Kirmanşah əyalətində silahlı kürd qruplaşması ilə İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) arasında baş verən qarşıdurmada 6 nəfər həlak olub.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Kirmanşah əyalətinin Cavanrud məntəqəsində baş verib.

Atışma zamanı qruplaşmanın 5, SEPAH-ın isə bir hərbçisinin həlak olduğu, çoxlu sayda silah-sursat və digər hərbi avadanlıqların ələ keçirildiyi vurğulanıb.

Qeyd edək ki, SEPAH qüvvələri ilə yaraqlı küdlər arasında üç gün əvvəl də qarşıdurma baş vermişdi. Güney Azərbaycanın Piranşəhr şəhərində baş verən qarşıdurmada 3 iranlı hərbçi öldürülmdüşdü.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.