Dünya

İranda qum qasırğası 119 nəfəri xəstəxanalıq edib

5 İyul 2019 13:51
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən 2 gün ərzində İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qum qasırğası nəticəsində 119 nəfər xəstəxana və müalicə mərkəzlərinə müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 22 nəfəri xəstəxanada yatırılıb.

Son günlər İranda qum qasırğasının sürəti saatda 119 kilometrə çatıb.

Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətinin şimal hissəsində 5 rayon yerləşir. Bu bölgədə qum qasırğasının əsas səbəbi Hamun gölünün qurumasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.