Dünya

Gürcüstanda yanacağın qiyməti bahalaşıb

3 İyul 2019 17:22
2 Şərh     Baxış: 1 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan milli valyutasının ABŞ dolları və digər valyutalar qarşısında ucuzlaşması yanacağın qiymətinin artmasına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətində artım müşahidə olunur.

Bu gün "Regular" markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri arasında artıb.

Ekspertlərin fikrincə, qiymət artımı davam edəcək. Bu, təbii qaz və elektrik enerjisinin də qiymətlərinin bahalaşmasına səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.