Dünya

Bu şəhərin küçələrində 20-dən çox mərmi aşkarlandı

26 İyun 2019 18:42
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanlı istehkamçılar Türküstan vilayətinin Arıs şəhərinin küçələrində 20-dən çox mərmi aşkarlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin fövqəladə vəziyyətlər üzrə komitəsinin sədri Vladimir Bekker "Xabar 24" telekanalının efirində deyib.

"İstehkamçılar 24 mərmi və 104 təhlükəli fraqment aşkarlayıb. Onlar ya yerində partladılacaq, ya da digər yerə aparılaraq zərərsizləşdiriləcək. Şəhərdə 7600 bina var, ilkin məlumata əsasən, onların təxminən 80-90 faizi müxtəlif dərəcədə zədələnib. Komissiya dəymiş zərəri hesablayacaq", - deyə Bekker bildirib.

Xatırladaq ki, iyunun 24-də Qazaxıstanın cənubunda yerləşən Türküstan vilayətinin Arıs şəhəri yaxınlığında yerləşən hərbi hissələrin birində yanğın baş verib. Bundan sonra silah anbarındakı döyüş sursatları partlamağa başlayıb. 45 min nəfərin yaşadığı Arıs şəhərinin əhalisi təxliyə edilib. Partlayışlar yalnız bu gün səhər saatlarında səngiyib.

Son məlumata əsasən, insident nəticəsində azı iki nəfər - bir mülki şəxs və bir hərbçi həlak olub, 89 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.