Dünya

Qızını Uber-ə mindirən ata, avtomobili izləyəndə dəhşətə gəldi - FOTO

7 İyun 2019 13:04
1 Şərh     Baxış: 47 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur taksi şirkəti olan Uber-in avtomobilində təcavüz hadisəsi baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Uber-in onlayn tətbiqində avtomobilin hərəkət trayektoriyasını izləyən kişi maşının uzun müddət dayandığını gördükdə vəziyyətdən şübhələnərək həmin əraziyə gedib.

O, avtomobilə yaxınlaşanda Uber sürücüsünün onun arxa oturacaqda olan qızına təcavüz etdiyini görüb.

Hadisə ilə bağlı polisə xəbər verən kişi Uber-ə də şikayət məktubu ünvanlayıb.

Şirkətdən verilən açıqlamaya görə, sürücü dərhal vəzifəsindən uzaqlaşdırılıb, məsələ ilə bağlı polis məlumatlandırılıb.

Qeyd edək ki, hadisə ABŞ-ın Merilend ştatının ən böyük şəhəri olan Baltimorda baş verib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.