Dünya

Ərdoğan Tramp və Putinlə görüşəcək - Vaxt açıqlandı

7 İyun 2019 15:34
0 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Valdimir Putinlə görüşəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə liderlərinin görüşü R.TƏrdoğanın Yaponiyaya səfəri zamanı baş tutacaq.

Türkiyəli liderin Yaponiyaya səfərinin iyunun 28-29-da baş tutacağı bildirilir. Səfərin məqsədi burada keçiriləcək "G20" böyük iyirmiliyin sammitində iştirak etməkdir. Liderlər arasında görüşlərin də məhz bu sammit çərçivəsində baş tutacağı qeyd edilir.

Görüşlər zamanı regional məsələlərlə yanaşı, Türkiyənin Rusyadan S-400 qurğularının alması məsələsinin bir daha müzakirə edləcəyi gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.