Dünya

ABŞ hərbi gəmiləri İran körfəzinə daxil oldu - FOTO

17 May 2019 12:44
0 Şərh     Baxış: 2 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-la İran arasında münasibətlərin gərginləşməsi fonunda Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə məxsus idarəolunan raketlərlə təchiz olunmuş iki ekskadra minadaşıyıcısı İran körfəzinə daxil olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "USS McFaul" və "USS Gonzales" gəmiləri hər hansı insident yaşanmadan və İran sahil mühafizə qüvvələrinin müdaxiləsi olmadan Hörmüz boğazından keçib.

Bundan əvvəl İranın İnqilab Keşikçiləri Korpusu ABŞ-da tammiqyaslı müharibə astanasında olduğunu bəyan etmişdi. "Sepah" komandirlərindən birinin dediyinə görə, düşmənin təzyiqləri ilə müşayiət olunan indiki zaman İran tarixində həlledici zamandır.

Xatırladaq ki, mayın 15-də ABŞ ordusu İran tərəfindən təhdidlərin olmasını əsas gətirərək, İraqdakı hərbi kontingentini yüksək döyüş hazırlıq səviyəsinə gətirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.