Dünya

Ağ Evdə tarixi görüş

16 Aprel 2019 12:09
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin xəzinə və maliyyə naziri, prezident Rəcəb Tayib Ərdoğanın kürəkəni Berat Albayrak "IMF-Dünya Bankı" və "G20" toplantısında iştirak etmək üçün ABŞ-a rəsmi səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir səfər çərçivəsində ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, ABŞ prezidentinin sözçüsü və kürəkəni Cared Kuşner də iştirak edib. Bu, Ağ Evdə baş tutmuş tarixi görüşlərdən biri kimi dəyərləndirilir.

Görüşdə iqtisadi əməkdaşlıq, "S -400" raket sistemləri ilə bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında ticarətin miqdarı 75 milyard dollara çatıb.

Görüşü şərh edən B. Albayrak bildirib: "Donald Trampdan olduqca müsbət rəylər aldıq. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanı məlumatlandıracağıq".

O, həmçinin ABŞ və Türkiyə prezidentlərinin yaxın zamanlarda görüşəcəyinin də anonsunu verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.