Dünya

İranın cənubunda 2 tona yaxın narkotik tapıldı

13 Aprel 2019 17:13
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,92 ton narkotik maddə aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik maddələrin ticarəti ilə məşğul olan dəstə onu iki hissəyə bölərək nəql etməyə cəhd ediblər. Polisin keçirdiyi 2 əməliyyat nəticəsində narkotik yük aşkarlanıb.

Əməliyyat zamanı baş verən silahlı insidentdə 2 nəfər saxlanılıb. 3 nəfər isə hadisə yerindən qaçıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.