Dünya

Səudiyyəli hakerlər milyarderin telefonundan intim şəkilləri oğurlayıblar

31 Mart 2019 11:06
0 Şərh     Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanına işləyən hakerlər "Amazon" şirkətinin sahibi Ceff Bezosun telefonundan şəxsi məlumatları oğurlayıblar.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə özəl məsləhətçi Qevin de Bekerin Daily Beast portalında yer alan araşdırmasında deyilir.

Beker iddia edir ki, Səudiyyə Ərəbistanı hökuməti Bezosa məxsus The Washington Post qəzetində jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı silsilə materiallar çap olunduqdan sonra milyarderdən qisas almaq qərarına gəlib.  

Qeyd edək ki, American Media şirkətinə məxsus National Enquirer nəşri Bezosun jurnalist xanım Loren Sançeslə intim şəkilləri yayıb. Bildirilir ki, sözügedən nəşr bu şəkilləri Loren Sançesin qardaşından 200 min dollara alıb. American Media şirkətinin Bezosun telefonuna hakerlərin müdaxilə etməsindən məlumatlı olub-olmaması bilinmir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.