Dünya

Cənubi Koreya ABŞ hərbçilərinin saxlanması üçün daha çox pul ödəyəcək

11 Fevral 2019 21:50
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya ölkə ərazisindəki ABŞ hərbçilərinin bu il üçün saxlanmasına ayıracağı vəsaiti 8,2 faiz artıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı tərəflər arasında Koreya yarımadasındakı ABŞ qoşunlarının saxlanma xərclərinin bölünməsi barədə saziş imzalanıb. Sazişə əsasən, Cənubi Koreya 28 min 500 nəfər şəxsi heyəti olan ABŞ qoşununun saxlanması üçün 1,03 trilyon von (890 milyon ABŞ dolları) ödəyəcək. Bununla da tərəflər arasında Amerika qoşunlarının xərclərinin ödənməsi ilə bağlı olan mübahisələrə son qoyulub.

Qeyd edək ki, Seul və Vaşinqton saziş üzrə işçi danışıqlarının 10 raundunu keçirib. Mübahisə doğuran əsas məsələ Cənubi Koreya tərəfinin xərclərinin həcmi və sazişin müddətindən ibarətdir. Bildirilir ki, ABŞ maliyyə məsələsində güzəştə getməyə məcbur olub. Bundan öncə Birləşmiş Ştatlar Cənubi Koreyadan 1-1,2 milyard dollar tələb edirdi. Cənubi Koreya da öz növbəsində sazişin müddətinin 5 ildən 1 ilədək azaldılmasını təkid edən ABŞ-a bu məsələdə güzəştə gedib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.