Dünya

İranda QƏZA: 12 yük vaqonu relsdən çıxdı

20 Yanvar 2019 12:44
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün baş verib. Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.

Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.

Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi hələ məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.