Dünya

Ramzan Kadırov 30 uşağı İraq türməsindən azad etdi

30 Dekabr 2018 19:09
3 Şərh     Baxış: 2 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyərtəsində İraq türmələrindən azad edilmiş 30 rusiyalı uşağın olduğu təyyarə Bağdaddan havaya qalxıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov deyib.

"Rusiyalı uşaqların vətənə qayıtması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə aparılan iş bir dəqiqə də olsun dayanmayıb", - Kadırov deyib.

Rusiyaya qayıdan uşaqlardan 24-ü Dağıstandan, 3-ü Çeçenistandan, daha 3 nəfəri isə Moskva və Penza şəhərlərindəndir. Onlar İraqa İŞİD-ə qoşulmaq üçün gəlmiş valideynləri ilə yollanıblar. Radikal qruplaşma ləğv ediləndən sonra İŞİD döyüşçüləri uşaqları ilə birlikdə həbs ediliblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.