Dünya

Urmiyədə pantürkizmdə ittiham edilən fəal həbsə məhkum olunub

15 Noyabr 2018 22:03
4 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə İran İnqilab Məhkəməsi daha əvvəl qiyabi olaraq mühakimə etdiyi türk fəal Ulduz Qasımi Baldırlıya qarşı bir il həbs hökmü çıxarıb.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nəşr etdiyi məhkəmə sənədinə istinadən, Ulduz (Mədinə) Qasımi Baldırlı "rejimə qarşı təbliğat fəaliyyəti" ilə günahlandırılıb.


Hökmdə yazılanlara görə, "təhlükəsizlik qurumunun hesabatı", "müttəhimin 2006 nümayişlərində ölənlərdən birinin məzarı önündə nitq söyləməsi" və "pantürkizm və separatçılığa dair fəaliyyətlərə qatılması" fəala qarşı irəli sürülən ittihamın sübutu üçün əsas gətirilib.

Ulduz Qasımi may ayında bir neçə digər fəalla bərabər 2006-cı il may qiyamının ildönümü münasibəti ilə Urmiyədə mərhum Fərzad Əsədpurun məzarı önünə toplanmışdılar.

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi nəticəsində bir çox etirazçı həlak olub.

Həmin il may ayının 23-də Urmiyə küçələrində təhlükəsizlik qvardiyaları tərəfindən öldürülən 24 yaşlı türk fəal Fərzad Əsədpur onlardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.