Dünya

İraqda jurnalistləri necə güllələyiblər – VİDEO

6 Aprel 2010 11:40
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
WikiLeaks resursunda İraqda jurnalistlərin necə güllələndiyini əks etdirən videoçarx yerləşdirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, videogörüntülər 2007-ci il iyulun 12-də lentə alınıb. "The Washington Post" qəzeti yazır ki, 17 dəqiqəlik görüntülər ABŞ ordusuna məxsus vertolyotdan Bağdadın rayonlarından birində aparılan reyd zamanı çəkilib. Amerikalılar bir qrup insandan şübhələndiyi üçün onlara atəş açıb. Nəticədə onların əksəriyyəti həlak olub. Bir qədər sonra güllələnmiş insanlara kömək etmək üçün hadisə yerinə mikroavtobusla gəlmiş daha bir qrup da gülləbaran edilib.

Sonradan məlum olub ki, öldürülənlərdən ikisi fotoqraf Namirn Nur-Eldin və onun sürücüsü Səid Şmaxdır. Onlar "Reuters" agentliyi üçün çalışırlarmış. O zaman bu hadisə ABŞ KİV-i tərəfindən sərt tənqidlə qarşılanmışdı. "Reuters" jurnalistlərin güllələnməsini əks etdirən videoçarxı tələb etsə də, ABŞ ordusu buna rədd cavabı vermişdi.

İndi WikiLeaks resursunun görüntüləri necə əldə etdiyi bilinmir. Hələ ki ABŞ-ın mərkəzi komandanlığı məsələyə münasibət bildirməyib. Yaxın vaxtlarda görüntülərlə bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.