Dünya

Gürcüstan parlamenti Tbilisiyə qaytarılır

21 Sentyabr 2018 13:07
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hakim komanda qərar qəbul edib.

Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.

Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: "Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tbilisidə yerləşməsi barədə qərar qəbul etdik".

Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.

2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.