Dünya

Rusiya Prezidenti Berlinə səfər edib

18 Avqust 2018 22:00
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də "Tegel" beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.

Rusiya Prezidenti yolüstü Avstriyada dayanıb. O, Avstriyanın xarici işlər naziri xanım Karin Knaysl və maliyyəçi Volfqanq Maylingerin toyunda iştirak edib.

RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.