Dünya

Qadın ətrafdakıları atəşə tutdu, 4 nəfəri öldürdü

20 Sentyabr 2018 22:48
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Merilend Ştatının Harford dairəsinin Aberdin şəhərində atışma qeydə alınıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, biznes-mərkəzin tibbi ləvazimatların verilməsi məntəqəsində naməlum şəxs insanlara atəş açıb. Nəticədə ən azı 4 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
​İlkin məlumata görə, atəşi açan qadın olub. O, hadisədən sonra bir neçə saat gizlənməyə müvəffəq olub. Lakin sonda polis onu zərərsizləşdirə bilib. Hələlik onun insanlara atəş açmasının motivləri məlum deyil. Polis qadının insanlara atəş açmasının qeyri-adi situasiya olduğunu bildirib.

Güc strukturları ərazidə xüsusi vəziyyət elan ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.