Dünya

Gürcüstanda nazirlərin sayı azaldılacaq, büdcəyə 102 milyon dollar qənaət ediləcək

5 İyul 2018 11:16
1 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gürcüstanda "kiçik hökumət" konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın - "Report") qənaət ediləcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.

Hazırda Gürcüstanın Nazirlər Kabineti 13 nazirlik və bir dövlət nazirindən ibarətdir. "Kiçik hökumət" konsepsiyasına əsasən, hökumət üzvlərinin sayı 10-na endiriləcək.

"Qənaət edilən maliyyə vəsaiti daha çox ehtiyacı olan insanlara və sosial qruplara paylanacaq. Belə qruplardan biri azyaşlı uşaqları olan ailələrdir", - L.Qoqiçaişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan parlamenti hökumət strukturlarında dəyişiklər haqqında qanun layihəsini ilk oxunuşda təsdiqləyib. "Kiçik hökumət" konsepsiyası cari ilin oktyabrınadək başa çatacaq. Həmin vaxtda 2019-cu il üçün dövlət büdcəsi formalaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.