Dünya

İrəvan Paşinyanla danışıqları dayandırdı - Mitinq qərarı verildi

24 Aprel 2018 23:57
0 Şərh     Baxış: 10 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında 25 aprelə təyin edilən danışıqlar ləğv edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan erməni mediasına açıqlamasında bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir:

"Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır".

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.

Tiqran Avinyan 25 aprel saat 19:00-a Respublika meydanında mitinq təyin edildiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.