Dünya

İrəvanda müxalifət lideri tutuldu: aksiyalar dağıdılır - VİDEO - FOTO

23 Aprel 2018 10:05
1 Şərh     Baxış: 4 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda etiraz aksiyalarının rəhbəri, "Yelk" müxalifət fraksiyasının lideri Nikol Paşinyan həbs olunub.

Milli.Az Novostayn-a istinadən bildirir ki, N.Paşinyanla birlikdə müxalifətçi deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da saxldanılıblar. Onların hamısı Ermənistan parlamentindəki "Yelk" fraksiyasının mənsublarıdır.

Polis İrəvanın mərkəzində etiraz aksiyasını dağıtmağa başlayıb. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan, işıq və səs qumbaralarından, rezin dəyənəklərdən istifadə olunur.

Sabiq prezident Serj Sarqsyanın baş nazir postuna "təyinat"ına etiraz edən ermənilər aprelin 17-dən bəri aksiyalar keçirirlər.

N.Paşinyan Ermənistanda "məxməri inqilab" elan edib.

Ötən ilin sonlarında Ermənistanda Konstitusiya islahatlarından və ölkənin parlament üsul-idarəli dövlətə çevrilməsindən sonra ən önəmli səlahiyyətlər baş nazirə keçib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Армении задержали лидера оппозиции Никол Пашиняна

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.