Dünya

Tramp şəxsi həkimini veteranların işləri üzrə nazir təyin edib

29 Mart 2018 08:18
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəyişikliklər barədə məlumat verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tramp öz şəxsi həkimi admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə təklif edib.

Ronni Cekson bu vəzifədə Devid Şulkini əvəzləyəcək.

ABŞ prezidenti "Twitter" hesabında yazıb: "Mən bildirməyə şadam ki, tibb elmləri doktoru hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik nazir vəzifəsini icra edən müdafiə nazirliyindən möhtərəm Robert Uilki olacaq. Mən doktor Devid Şulkinə ölkəmizə böyük veteranlarımıza xidmətinə görə minnətdaram".

Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.