Dünya

ABŞ hərbçiləri 3,1 milyardlıq "yeyinti"də ittiham olunur

27 Mart 2018 18:18
0 Şərh     Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi mart ayında Əfqanıstanda büdcə vəsaitlərinin xərclənməsi barədə hesabat dərc edib.

Milli.Az report-a istinadən xəbər verir ki, hesabatda ayrılan pulların təyinatı üzrə xərclənib-xərclənməməsini izləməkdə sistemli problemlərin olması barədə məlumat verilib.

ABŞ-ın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üzrə Birgə Komandanlığı maliyyə nəzarəti ilə bağlı problemlərə görə ayrılmış 3,1 milyard dollar məbləğində vəsaitin təyinatı üzrə istifadə edilib-edilməməsinə təminat verə bilmir.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı bölməsi dəfələrlə ölkəyə göndərilən vəsaitlərin istifadəsinin izlənməsində problemlər olduğunu bildirib, lakin vəziyyəti düzəltmək mümkün olmayıb.

Belə ki, 2015-ci ildən bəri ABŞ Müdafiə Nazirliyi yanında Baş Müfəttiş İdarəsi Əfqanıstandakı ABŞ hərbi komandanlığına ayrılmış vəsaitlərin izlənməsində sistemli problemlərin olmasını 7 hesabatda göstərib. Əlavə edək ki, bu vəsait hesabına Əfqanıstan hökuməti yanacaq, döyüş sursatı və nəqliyyat vasitələri alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.