Dünya

Ərdoğan Putinə başsağlığı verib

26 Mart 2018 20:55
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar ölkənin başçısı Vladimir Putinə başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

"Bütün rus xalqına başsağlığı verirəm, həlak olanların ailələrinə səbr diləyirəm", deyə Ərdoğan bildirib.

Öz növbəsində Türkiyənin baş naziri Binali Yıldırım rusiyalı həmkarı Dmitriy Medvedevə başsağlığı verib. Bundan əvvəl Kemerovodakı faciə ilə əlaqədar Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Rusiya xalqına  başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.