Dünya

23 diplomat Rusiyanı tərk edir

23 Mart 2018 14:00
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın 23 diplomatı bu gün Rusiyanı tərk edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, diplomatları daşıyan 3 mikroavtobus Böyük Britaniyanın Rusiyadakı səfirliyini tərk edərək hava limanına gedib. Səfirliyin digər əməkdaşları həmkarlarını alqışlarla yola salıblar.

Qeyd edək ki, martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.
 
Rusiya Xarici İşlər Nazirliyi də martın 17-də Britaniyaya qarşı cavab tədbirlərini açıqlayıb. Bu tədbirlərə əsasən 23 britaniyalı diplomat "arzuolunmaz şəxs" elan edilib, onlara Rusiyanı tərk etmək üçün bir həftə vaxt verilib. Bundan başqa, Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, "Britaniya Şurası"nın ölkədə fəaliyyəti dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.