Dünya

Suriyalılar Türkiyəni tərk edirlər

22 Mart 2018 21:54
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada baş verən müharibədən qaçaraq Türkiyəyə sığınan suriyalıların bir hissəsi Kilis sərhəd qapısından bir daha qayıtmamaq üzrə ölkələrinə geri dönürlər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 7 ildir xaos ilə iç savaşın sürdüyü ölkələrindən qaçaraq etibarlı liman kimi gördükləri Türkiyəyə sığınan suriyalıların bir hissəsi "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatları ilə sülh və əmin-amanlıq şəraitinin yaradıldığı şəhərlərinə bir daha qayıtmamaq üzrə geri dönürlər.

"Zeytun Budağı" əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən bölgələrə qayıdan suriyalıların sayı artıb. Kilisə gələn bəzi suriyalılar öz istəkləri ilə ölkələrinə getmək üçün qeydiyyatdan keçirlər. Orta hesabla gündə 200-300 arasında suriyalının geri göndərildiyi bildirilib. Suriyalıların ölkələrinə gedişləri şənbə və bazar günləri istisna olmaqla həftənin 5 günü davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.